Yerevanda atışma oldu, icra başçısı və 3 nəfər yaralandı
10:14 / 01.05.2021
2396
Ermənistanın paytaxtı Yerevanda mayın 1-də atışma və əlbəyaxa dava nəticəsində 4 nəfər yaralanıb.
Sfera.az "Shamshyan”a istinadən xəbər verir ki, 3 nəfər güllə yarası, biri isə bıçaq yarası ilə hospitala yerləşdirilib.
Məlumata görə, yaralılardan biri Yerevanın Şenqavit və Malatiya rayonunun icra başçısıdır.
Bildirilib ki, polis hadisə yerindən tüfəng, tapança və güllə aşkarlayıb. Hadisənin səbəbi araşdırılır. Cinayət işi başlayıb. // "Report"