“Yerdə həyat məhv olacaq, Marsdakı kimi…” – 50 dərəcə istilik nə vəd edir?

“Yerdə həyat məhv olacaq, Marsdakı kimi…” – 50 dərəcə istilik nə vəd edir?
"Bəşəriyyət üçün təhlükəli həddə çatdıqda təkcə buzlaqlar əriməyəcək. Canlı orqanizmlər bütünlüklə və avtomatik şəkildə məhv olacaq”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya  Xidmətinin rəis müavini Rafiq Verdiyevin 30-40 ildən sonra havanın temperaturunun 48-50 dərəcəyə qədər yüksələcəyi haqda iddiasına münasibət bildirərkən, AMEA-nın Coğrafiya institutunun əməkdaşı Ənvər Əliyev deyib:
 
"Yaşadığımız Yer də Mars planetinin taleyini yaşayacaq. Vaxtilə Marsda da yaşayış olduğunu düşünürəm. Ancaq sonradan günəş temperaturunun düşməsilə bu planet məhv olub. Belə vəziyyətdə atmosfer parçalanacaq, su kütləsi buxarlanacaq. Dünyanı yanğınlar bürüyəcək. 50 dərəcə temperaturda insan da yaşaya bilməyəcək. Bu isə planetimizin sonu olacaq”.
 
Həmsöhbətimizə görə, 50 dərəcə temperaturun olması ümumdünya fəlakəti, dünyanın sonu deməkdir:
 
"Temperaturun bir neçə dərəcə qalxması nəticəsində planetimizdə buz qatı olmayacaq, büsbütün əriyəcək. Belə vəziyyətdə dünya okeanı azı 15-20 metrə qədər qalxacaq. Ümumiyyətlə, okean suları 7 metrə qədər qalxsa, Xəzər dənizi də 35 metrəyə qədər yüksələcək. Çünki bu halda Rusiyanın cənubundakı çökəklik suları Xəzərə dolacaq. Dünyada isə dəniz səviyyəsindən aşağıda yerləşən bir çox ölkələr, şəhərlər su ilə örtüləcək. Nəticədə tepmeraturun 50 dərəcəyə yüksəlməsi ümumdünya fəlakətinə gətirib çıxaracaq”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...