Yer kürəsinin temperaturu 2016-cı ilin rekordunu təkrarladı

Yer kürəsinin temperaturu 2016-cı ilin rekordunu təkrarladı
2020-ci ildə Yer kürəsindəki orta istilik əvvəllər rekord hədd hesab edilən 2016-cı ilin göstəricisinə çatıb.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Copernicus Climate Change Service”in (C3S) bəyanatında deyilir.

Bəyanatda həmçinin 2011-2020-ci illər aralığındakı dekadanın ən isti onillik olduğu vurğulanıb.

Bundan əlavə, meteoroloqlar 2020-ci ilin Avropada ən isti il ​​olduğunu qeyd ediblər. 2020-ci il buna qədər ən isti il ​​kimi bilinən 2019-ci ildən 0,4 dərəcə daha isti keçib.

Qeyd edək ki, C3S Avropa İttifaqının himayəsi altında Kopernik Yer Müşahidəsi Proqramı (Copernicus Earth Observation Programme) tərəfindən təqdim olunan altı tematik məlumat xidmətindən biridir. "Kopernik” Avropada və digər ölkələrdə mövcud tədqiqat infrastrukturu və məlumatları üzərində qurulmuş əməliyyat proqramıdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır.


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...