Yer kürəsinin hər beşinci sakini... - COVİD-19-la bağlı DƏHŞƏTLİ PROQNOZ
Yer kürəsinin təxminən hər beşinci sakini və ya 1,7 milyard insan yeni növ koronavirusa yoluxacaq. Bu isə COVID-19-unağır formasına düçar olma riski deməkdir.
Sfera.az haqqin.az-a istinadən xəbər verir ki, dünyanın 188 ölkəsində səhiyyə sistemlərinin məlumatlarını təhlil edən alimlər bu qənaətə gəliblər. Bu barədə Lancet elmi jurnalındakı məqaləyə istinadla South China Morning Post yazıb.
"Bizim qiymətləndirməmiz təxminidir və etnik, sosial-iqtisadi şərait, piylənmə dərəcəsi kimi konkret amillərə deyil, başlıca risk faktorlarına əsaslanır. Amma bu qiymətləndirmə mütəxəssislərə ilk növbədə nə qədər insanı peyvənd vuraraq qorumaq lazım olduğuna dair istiqamət verə bilər”,-yazan TASS alimlərin fikirlərindən sitat gətirir.
Koronavirus infeksiyasının ilk dalğasından keçən müddət ərzində alimlər əhalinin hansı təbəqələrinin xəstəliyə daha həssas olduğunu aşkar ediblər. Bunlar əsasən ağciyər, ürək-damar sistemi, böyrək, piylənmə və diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlardır. Bu qəbildən olan insanlar yeni növ koronavirusa yoluxduqları halda, xəstəxanalarda onlar üçün kifayət qədər yer və lazımi dozada dərman (əgər o vaxtadək hazırlanarsa) ayrılmalıdır.
Sözügedən vəziyyətin müxtəlif ölkələrə hansı maliyyə vəsaii hesabına başa gələcəyini hesablamaq məqsədi ilə alimlər 188 ölkənin səhiyyə sistemlərinin məlumatlarını və BMT-nin dünya əhalisinin 2020-ci il üçün artımı ilə bağlı verdiyi proqnozu təhlil ediblər.
Alimlərin gəldiyi qənaətə görə, dünyadakı 1,7 milyard insan (bu dünya əhalisinin təqribən 22%-dir) ən azı bir xəstəlikdən əziyyət çəkir, bu da koronavirus infeksiyasının ağır formasına yoluxma riskini artırır. Onlardan 349 milyonu isə daha yüksək risklə üz-üzədir: həmin şəxslər virusa yoluxduqları haldaxəstəxanaya yerləşdirilməlidir.
Bütün hallarda ağırlaşma ehtimalı yaşdan asılı olaraq dəyişir: yaş nə qədər çoxdursa, risk də bir o qədər yüksəkdir. Sözügedən araşdırma kişilərin qadınlara nisbətən virusa daha həssas olduğunu üzə çıxaran əvvəlki araşdırmaların nəticələrini təsdiqləyir. Belə ki, əldə edilən yeni məlumatlar göstərir ki, COVİD-19-a yoluxma zamanı kişilərin 6, qadınların isə yalnız 3 faizində ağırlaşma hallarımüşahidə oluna bilər.
Selcan