Yeniyetmələr arasında cinayət halları patı və sosial şəbəkələrə görə artır - Psixoloq
11:42 / 15.01.2022
1015
Son
zamanlar məktəbli və yeniyetmələr arasında cinayət hallarının artması mnüşahidə
olunur. Bu kimi faktlara bütün dövrlərdə rastlansa da, son zamanlar
azyaşlıların iştirakı ilə törədilən cinayətlərin statistikasındakı nəzərəçarpacaq
artım cəmiyyət üçün ciddi siqnal sayıla bilər.
Maraqlıdır,
uşaqlar arasında qarşılıqlı şiddətin, hətta bunun öldürmə dərəcəsinə çatmasının
səbəbi nədir? Belə halların yaşanmaması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə
bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova yeniyetmələrin sosial şəbəkələrdə
bir-birinə nifrət aşıladığını və narkotik vasitələrin istifadəsini şiddət
hallarının çoxalmasına əsas səbəb kimi göstərib:
"Yeniyetmələr
qorxaqlığa qarşı çox barışmaz olurlar. Hətta onlar özlərini nümayiş etdirmək
üçün böyük risklərə gedib, həyatlarını təhlükə altında qoymaq üçün cəsarətli
addımlar atmaqdan çəkinmirlər. Avtomobil qəzalarının statistikasına baxdıqda
yeniyetmələrin qəza etməsi hallarının həmyaşıdlarına özlərini sübut etmək üçün
riskə getməsi ilə bağlı olduğunu görürük. Texnologiyanın inkişaf etmədiyi dövrlərə
nəzər salsaq görərik ki, hər sinifdə iki-üç çətin tərbiyə edilən uşaq olardı və
bu yeniyetməlik dövründə özünü tamamilə başqa cür biruzə verərdi. 10 yaxud
11-ci sinif şagirdi cinayət törədəndə hamı çox təəccüblənirdi və onun məktəb
yoldaşları da həmin uşağın düzgün yolda olmadığını etiraf edirdi. Bundan başqa əvvəllər
narkotikanın dövriyyəsi də indiki kimi deyildi. İndi hər kəs rahatlıqla
bir-birinə patı ötürə bilir. Sosial şəbəkələrin verdiyi imkanlar vasitəsi ilə
indi yeniyetmələr tanımadığı həmyaşıdlarına belə nifrət aşılayır, onları təhqir edir. Belə
hallar da cinayət və konfliktlərin çoxalması ilə nəticələnir”.
Psixoloq
valideynləri diqqətli olmağa çağırıb:
Əzizə
Zeynal