\"Yenidən sədr seçilməyini təbrik edirəm əziz ATA!..\"

\
 

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin parlament seçkilərindən sonra ilk iclası keçirilib. İclasda Vasif Talıbov növbəti dəfə Ali Məclisin sədri seçilib.

Sfera.az bildirir ki, bu münasibətlə AM sədrinin böyük oğlu, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov atasını təbrik edib.

O, sosial şəbəkədə Vasif Talıbovun fotosunu paylaşaraq yazlb: "Yenidən Ali Məclisin Sədri seçilməyini təbrik edirəm əziz ATA!".

Qeyd edək ki, V. Talıbovun kiçik oğlu Seymur Talıbov da Ali Məclisin deputatı seçilib.

Bildirək ki, V. Talıbov 1995-ci ildən – 25 ildir ki, fasiləsiz Naxçıvan MR Ali Məclisinin sədridir.

(yenisabah)

OXŞAR XƏBƏRLƏR