Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var
20:00 / 09.12.2019
5948
Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub.
Sfera.az trend-ə istinadən bildirir ki, itkin düşənlərin olduğu da deyilir.
Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır.
Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.
Uayt Aylend hazırda ən fəal vulkanlardan biri olsa da, turistlər arasında ən populyar bölgələrdən hesab olunur.