Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır - Artıq 165 uşaq ölüb

Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır - Artıq 165 uşaq ölüb
Konqo Demokratik Respublikasında bilinməyən xəstəlik səbəbindən avqust ayından bu yana 165 uşaq dünyasını dəyişib.
 
Sfera.az bildirir ki, ilk dəfə Kvilu əyalətinin Qunqu qəsəbəsində qeydə alınan xəstəliyin 5 yaşına qədər olan uşaqlara təsir etdiyi bildirilib. Ölkənin Səhiyyə Nazirliyi həmin uşaqlarda malyariyaya bənzər simptomların olduğunu və test nəticələrinin müsbət çıxdığını deyib. 

Kvilu əyalətinin səhiyyə rəisi Cin Pier jurnalistlərə açıqlamasında qeyd edib ki, bəzi uşaqlarda sözügedən xəstəlik əlamətləri olsa da, bəzilərində müəyyən edilməyən infeksiya aşkarlanıb: 

"Uşaqlar haqqında heç nə bilmədiyimiz, anemiyaya səbəb olan xəstəliklə mübarizə aparırlar. Hazırda xəstəliyin qaynağını və ona qarşı mübarizə üsullarını öyrənməyə çalışırıq”.

Eyni zamanda xəstəliyin Lozo Munene və Kinzamba kəndlərində də gün ərzində orta hesabla 4 uşağın ölümünə səbəb olduğunu qeyd edilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...