Yeni transferi ilə bağlı “Qarabağ”a xəbərdarlıq

Yeni transferi ilə bağlı “Qarabağ”a xəbərdarlıq

İspaniyanın "Kordoba” klubunun baş məşqçisi Raul Aqne qanalı hücumçu Ovusu Kvabenanın "Qarabağ”a keçidi haqqında danışıb.

Sfera.az xəbər verir ki, baş məşqçi futbolçudan narazılığını bildirib. Onun "Kardoba”nı icazəsiz tərk edib "Qarabağ”a keçməsini belə şərh edib:

"Ovusu artıq komandamızı tərk edib. O bizim klubda olmaq istəmədi. Mənə də elə bir futbolçu lazım deyil. Hətta dedi ki, "bir komanda var, daha yüksək pul verir və bu mənə hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm”. Ona Azərbaycanda uğurlar arzulayıram. Amma "Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”.

Xatıradaq ki, Ağdam klubu 22 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlayıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR