Yeni qanun qüvvəyə minir: Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməli olacaq

Yeni qanun qüvvəyə minir: Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməli olacaq
 

"2020-ci il yanvarın 1-dən daşınmaz əmlak sığortası icbari olacaq”.

Sfera.az  xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Ekspert deyir ki, qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir:

"Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər.

Əmlakını sığorta etdirməyənlər cərimə olunacaq. Cərimənin məbləği 30 manatdır, 20 gün müddətinə əmlakını sığorta etdirməyənlər təkrar 30 manat cərimə olunacaq”.

Ekspert qeyd edib ki, dünyanın əksər ölkələrində daşınmaz əmlak icbari deyil, könüllü sığorta olunur:

"Həmin ölkələrdə icbari sığorta yanaşması yalnız o hallarda məcburi xarakter daşıyır ki, ondan üçüncü şəxs ziyan çəkə bilər. Belə ki, bu ölkələrdə avtomobillərin sığortası icbari olsa da, daşınmaz əmlakın sığortası könüllüdür.

Azərbaycanda da daşınmaz əmlak sığortası növbəti ilədək könüllülük əsasında tətbiq olunurdu. Lakin, sığorta şirkətlərinə inamsızlıq və bütövlükdə isə sığorta mədəniyyətinin inkişaf etməməsi səbəbindən əhali bu sığorta növünə o qədər də maraq göstərmirdi”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...