Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!

Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!
Koronavirusun yeni mutasiyasının COVID-19-dan fərqli xüsusiyyətlərə malik olduğu açıqlanıb.
 
Sfera.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma Delta variantı olaraq bilinən mutasiyanın əvvəllər COVİD-19 xəstələrində müşahidə edilən xüsusiyyətlərdən fərqli simptomlar göstərə biləcəyini ortaya qoyub.

Araşdırmaya rəhbərlik edən professor Tim Spektor, baş ağrısı, boğaz ağrısı və burun axıntısı kimi simptomların Delta variantına yoluxanlar arasında görüldüyünü ifadə edib.

Professor yeni mutasiyaya yoluxan gənclərin xəstəliyi "daha çox şiddətli bir soyuqdəymə kimi" hiss edə biləcəyini söyləyib. Ancaq insanlar özlərini çox xəstə hiss etməsələr belə, virusu yoluxdura bilərlər. Bu səbəbdən belə simptomları göstərənlərdən dərhal COVID-19 testi istənir.
 
Qeyd edək ki, əvvəllər COVID-19 simptomları İngiltərə Səhiyyə Xidməti tərəfindən açıqlanan qaydaya əsasən öskürək, temperaturun qalxması, qoxu və dad itkisi kimi xüsusiyyətlərlə səciyyələndilirdi. 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...