Yeni mutasiyalara qarşı ən təsirli vaksin hansıdır? – Ekspert bu peyvəndi məsləhət gördü

Yeni mutasiyalara qarşı ən təsirli vaksin hansıdır? – Ekspert bu peyvəndi məsləhət gördü
Artıq bütün dünyada koronavirusun yeni ştammları yayılmaqdadır. Yeni mutasiyaların ən təhlükəlisi isə koronavirusun Hindistan və delta variantıdır.

Maraqlıdır, yeni mutasiyalara qarşı hansı vaksin daha təsirlidir?

Mövcud sual ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təqdim olunan vaksinlər içərisində Pfizer vaksininin  daha təsirli olduğunu deyib:

"Gənclər virusun təhlükəli mutasiyasına yoluxsalar da bu vəziyyət onlar üçün riskli deyil. Lakin onlar da vaksinasiya olmalıdır ki, yeni növ mutasiyaya yoluxsalar, bu xəstəliyi başqasına keçirməsinlər. Koronavirusun delta variantı və eləcə də Hindistan ştammı üçün Pfizer-BioNTech vaksini daha yaxşıdır. Sinnovac vaksini də yeni ştamlara təsir edə bilər. Lakin bu vaksin yoluxduruculuğa qarşı ola bilmir. Ümumiyyətlə vaksinlər içərisində Pfizer vaksini ən təsirlisidir. RNT tipli bu vaksin sintetik tərkiblidir.
 
Əvvəllər insan bədəninə gen gtransferi qadağan idi. Lakin indi pandemiya dövrü olduğu üçün gen transferinə üstünlük verir. ABŞ-ın 70 faizi hazırda Pfizer vaksininə üstünlük verib. Milyonlarla insan bu vaksinə üstün veribsə, demək ki, əks təsirlər yoxdur. Vaksinlərin güvənli olmasının yoxlanılması üçün illər lazımdır, lakin indi ona vaxt yoxdur. Buna görə də hazırkı dövr üçün təqdim olunan vaksinlərdən faydalanmaq lazımdır". 
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...