Yeni müharibənin təməli qoyulub - \"ABŞ, Türkiyə və Taliban...\"

Yeni müharibənin təməli qoyulub - \
"Artıq Əfqanıstanda Taliban qüvvələri hakimiyyətə gəlməkdədir, regionda vəziyyət dəyişib".

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq yeni müharibə ocağının yaranmasının mümkünlüyündən danışıb:

"ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsi regionda geosiyasi vəziyyətin dəyişməsi ilə nəticələndi. Demək olar ki, Taliban Əfqanıstanda hakimiyyətə gəlmək üzrədir. Bunu Mərkəzi Asiyaya, xüsusilə Orta Şərqə yeni müharibənin mərhələsi kimi qiymətləndirmək olar. Türkiyənin Kabil hava limanını mühafizə etməsi ilə bağlı aparılan danışıqların heç bir müsbət nəticəsi olmayacaq. Taliban artıq Türkiyəni qəbul etmir. Çünki Taliban yaxşı bilir ki, Türkiyə NATO-nun üzvüdür və bu təşkilatın dəstəyi ilə Əfqanıstanda qalır. Bu da Əfqanıstanın maraqlarına cavab vermir. Bunun nəticəsi olaraq Türkiyə hava limanının mühafizəsindən imtina edə bilər".

Ekspert Taliban qüvvələrinin türk əsgərlərinə hücum etməyəcəyini vurğulayıb:

"Düşünmürəm ki, Taliban qüvvələri türk silahlılarına qarşı hücum etsin. Çünki 20 ilə yaxın müddətdə belə hal baş verməyib. Lakin Taliban hakimiyyətə gəlsə Türkiyənin Kabil hava limanını qorumağı mənasız olacaq. Taliban hərəkatı isə hakimiyyətə gəlməyi qarşısına məqsəd olaraq qoyub".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR