Yeni müharibə TƏHLÜKƏSİ: \"Rusiya çevrəyə alınır...\"

Yeni müharibə TƏHLÜKƏSİ: \
"Növbəti 10 il ərzində NATO Rusiyanın hər tərəfdən çevrələnməsi üçün çalışacaq".
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq əksər ölkələrin bu məsələdə maraqlı olduğunu bildirib:

"Rusiyanın şimalında olan Skandinaviya, Pribaltika, Şərqi Avropa ölkələri həmişə Rusiya təhlükəsi ilə üz-üzədir. Elə buna görədir ki, bu ölkələrin bəzilərində ABŞ hərbi bazaları mövcuddur. Bu qarşıdurma prosesi hələ də davam edir. NATO-nun növbəti 10 illik prqoramında da Çin və Rusiya əsas hədəf göstərildi. Düzdür, burada Rusiyanın çevrələnməsi göstərilmir. Lakin NATO-nun yürütdüyü siyasət buna xidmət edir. Bu xüsusda Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı ehtimal olunur ki, bu da Rusiyanı ciddi qıcıqlandırır. Əslində Qərbin bu siyasətindən Rusiya istifadə edərək Qara dənizdə öz hökmranlığı təmin etmək üçün Krımla Sevastoplu işğal etdi". 

Ekspert İsveç Ordusunun Baş komandanının Rusiya ilə müharibəyə hazırlıq çağırışına da münasibət bildirib:

"NATO-Rusiya, ABŞ-Rusiya qarşıdurması qüvvədəykən, təbii olaraq İsveçi də Rusiya təhlükəsi gözləyir. İsveç rəsmisinin açıqlamasını da bu konteksdə dəyərləndirmək olar. Bu açıqlama təhlükənin xəbərdarlığıdır. Düşünmürəm ki, Rusiya indiki iqtisadi zəif məqamında NATO ilə ciddi qarşıdurmanı gözə alsın. Lakin yenə də hər cür addım gözlənə bilər. Putin-Bayden görüşündən sonra sözügedən müharibənin, qarşıdurmaların olub-olmayacağına da aydınlıq gələcək". 
 
Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...