Yeni maskalar gəlir: yemək yeyərkən də taxacağıq - Bəs nə qədər effektlidir?

Yeni maskalar gəlir: yemək yeyərkən də taxacağıq - Bəs nə qədər effektlidir?
Koronavirusun yayılmağa başladığı Çində yeni maska növü istehsal edilib.
 
Sfera.az xəbər verir ki, burun maskaları hazırda dünyada da diqqət mərkəzindədir. Belə ki, həmin maskaların yaxında bir çox ölkədə istehsal ediləcəyi istisna olunmur. Lakin sosial media istifadəçiləri indiyə kimi gördüyümüz maskalardan fərqlənən yeni modelin effektli olmadığını düşünür.

Belə ki, sadəcə burnu örtən yeni maska tibb işçilərini yemək zamanı virusdan qorumaq üçün nəzərdə tutulub. Maskanı çinli professor Conq Şin COVID-19-un yoluxma effektini azaltmaq yollarını axtardığı zaman yaradıb. 

Qeyd edək ki, sözükeçən maskaların istehsalı üçün 10 fevralda dövlət qurumlarına patentlə bağlı müraciət edilib. Çində iki şirkət artıq maskaların istehsalına başlayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR