Yeni magistral yolun inşasına başlanıb

Yeni magistral yolun inşasına başlanıb
 
Ələt-Astara-İran sərhədinədək yenilənən yol bu il istifadəyə veriləcək

Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb.

Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.

Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80% yerinə yetirilib. Hal-hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib.

Qeyd edek ki, Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.
 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...