Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi

Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
 

Sakit okeanın Bugenvil adasında referendumun keçirilməsinə nəzarət edən komissiya səslərin sayılmasını başa çatdırıb: ada əhalisinin 97 faizi Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etmək fikrini dəstəkləyib.

 

Sfera.az  xəbər verir ki, referendumda iştirak edənlərin 176 min 928 nəfəri müstəqillik, 3 min 43 nəfəri isə Papau-Yeni Qvineyanın tərkibində geniş muxtariyyət üçün səs verib.

 

Ümumilikdə komissiya tərəfindən 181 min 67 bülleten qeydiyyata alınıb.

 

Qeyd edək ki, Bugenvil adasının Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etməsi ilə bağlı referendum 23 noyabrdan 7 dekabra qədər iki həftə ərzində davam edib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR