\"Yeni kanal yükdaşımaları sürətləndirəcək\" - Ekspert İstanbul Kanalı barədə DANIŞDI
Xəbər verdiyimiz kimi, "Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməliqoyulub.
Maraqlıdır, Avropa tərəfindəki Qara dənizdən Marmara dənizinəqədər uzanmaq üçün hazırlanmış bu su yolu layihəsinin Azərbaycan üçün nə kimi müsbət tərəfləri olacaq?
Yeni layihə barədə Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli sözügedən körpünün Azərbaycanın yükdaşımalarını sürətləndirdiyini bildirib:
""Kanal İstanbul” uzun müddətdir, müzakirə olunan layihə idi. Ən optimist yanaşmalara görə texniki və hüquqi problemlər yaşanmasa, təqribən 6-8 ilə inşa olunması nəzərdə tutulur.
Kanalın təxminən 2027-2028-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanın dənizə birbaşa çıxışı olmadığına görə Qara dənizdəki Gürcüstan limanları Azərbaycana gələn məhsullar üçün tranzit rolunu oynayır. Ondan sonra məhsullardəmir yolu və avtomobil yolları vasitəsilə Azərbaycana gətirilir. Yəni, yük daşımalarında Qara dəniz limanlarının Azərbaycan üçüm əhəmiyyəti var. Gürcüstanla münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsində o limanların da rolu olub.
Bu layihənin baş tutacağı ilə bağlı şübhələr də mövcuddur. Ekoloq və mühəndislər bunu daha yaxşı bilərlər. Əgər layihə baş tutacaqsa, Azərbaycanın Gürcüstan limanlarındakı yüklərinin, eləcə də Gürcüstan limanlarından Azərbaycan yüklərinin xaricə çıxışında gözləmə prosesinin azalması müşahidə oluna bilər.
"Kanal İstanbul” layihəsi gerçəkləşərsə, bu halda gəmilərin keçid sürəti artacaq. Keçid sürətinin artması da öz növbəsində məhsulların dövriyyəsinin artmasına səbəb ola bilər. Bu da Azərbaycan iqtisadiyyatına müsbət təsirini göstərəcək".
Əzizə Zeynal
Sfera.az