Yeni “iPhone 5se” gəlir – GÖSTƏRİCİLƏRİ VƏ QİYMƏTİ

Yeni “iPhone 5se” gəlir – GÖSTƏRİCİLƏRİ VƏ QİYMƏTİ

"Apple” şirkəti iki ildən sonra yenidən 4 düym ekranlı smartfon istehsal edəcək. Fins.az-ın xarici mətbuata istinadən yeni smartfon daha çox inkişaf etməkdə olan ölkələrə, xüsusilə Hindistan və Çin bazarı üçün nəzərdə tutulub. "Apple” bu ölkə bazarlarında özünü möhkəmlətmək fikrindədir.

"iPhone 5se” görünüşcə "iPhone 5s” və "iPhone 6s”-nin qarışığına bənzəyəcək. Birinciyə ölçüləri, ikinciyə isə korpusun oval forması bənzəyəcək.

Yeni smartfonun korpusu alüminiumdan hazırlanacaq, arxa tərəfi isə deyilənlərə görə, yeni nəsil "iPhone”larda olduğu kimi plastik haşiyələrlə bəzədiləcək. Smartfonun səs tənzimləyici düymələri də oval formada olacaq.

"iPhone 5se” "iPhone 5s” kimi 4 düym diaqonallı Retina-displey ilə təchiz olunub. Hələlik "iPhone 5se”nin hansı prosessorla işləyəcəyi dəqiqləşməyib. Bəzi məlumatlara görə, smartfon

”64 bitlik M8 koprosessorlu A8 prosessoru ilə işləyəcək. Digər versiyaya görə isə, "iPhone 5se” üçün yeni A9 prosessoru işə salınacaq. Nəzərə alsaq ki, şirkət payızda buraxacağı "iPhone 7” modelinə birkristallı A10 platformalı prosessor yerləşdirməyi planlaşdırır, "iPhone 5se”nin A9 prosessoru ilə işləyəcəyi daha inandırıcıdır. Bundan başqa, A9 prosessoru hesabına səs assistenti "Siri”ni artıq fon rejimdə də işə salmaq mümkün olacaq. Bunun üçün sadəcə "Hey, Siri” ifadəsini səsləndirmək kifayətdir. 

Yeni 4 düymlü "iPhone” əlavə olaraq "Apple Pay” üçün NFC-çip, Bluetooth 4.2, VoLTE, 802.11ac WiFi və Touch ID ilə təchiz olunacaq. "iPhone 5se”nin əməli yaddaşının həcmi, çox güman ki, 1Gb olacaq. Daxili yaddaş isə 2 versiyada təqdim olunacaq: 32Gb və 64Gb.

"iPhone 5se”nin kamerası "iPhone 5s”də olduğu kimi, 1,1 meqapikselli frontal və 8 meqapikselli əsas kamera ilə təchiz olunacaq. O, həmçinin "iPhone 6s” və "iPhone 6s Plus”un əsas özəlliklərindən olan "Canlı foto” dəstəyini alacaq.

Nəzərə alsaq ki, "iPhone 5se” "iPhone 5s”i əvəzləyəcək, onda yeni smartfon sonuncunun qiymətinə satılacaq. Onda, "iPhone 5se”nin müqaviləsiz qiyməti 450 dollardan başlayacaq. Mənbələr yazır ki, "iPhone 5se” satışa çıxarıldıqdan dərhal sonra "iPhone 5s” bazardan çıxarılacaq. Son məlumatlara görə, "iPhone 5se” martın 15i təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...