Yeni ili kim evdə, kim səhnədə qarşılayacaq? - SİYAHI

Yeni ili kim evdə, kim səhnədə qarşılayacaq? - SİYAHI
Yeni ilin gəlişinə bir neçə gün qalıb. Azərbaycanın məşhur simalarından kimisi 2022-ci ilə evində, kimisi isə səhnədə "salam” deyəcək.  

Sənət üzvlərinin əksəriyyəti pandemiya dövründə işsizlikdən şikayət etsələr də, bayram günü bir neçə restoranda çıxış edənlər də az deyil. 

Sfera.az Olay.az-a istinadən xəbər verir ki, həmin gecəni səhnədə qeyd edəcək ulduzların siyası belədir:

Aygün hər yerdə olacaq

Xalq artisti Aygün Kazımova Bakının əksər restoranlarında, həmçinin paytaxtın dəbdəbəli hotellərindən birində çıxış edəcək.

Diva yarım saatlıq çıxış üçün 10 min manat qazanacaq.

Röya evindədir

Xalq artisti Röya Ayxan isə Yeni ili ailəsi ilə birgə keçirmək qərarına gəlib. Estrada ulduzuna təkliflər çox olsa da, o, sahibkarlardan yüksək məbləğdə qonorar tələb edib. Endirim etməklə "arası olmayan” sənətçi 2022-ci ili evində qarşılamağı düşünür.

Miri Yusif 00:00-da mahnı oxuyacaq

Xalq artisti Miri Yusif də 2022-ni səhnədə qarşılayacaq sənətçilər sırasındadır. O, paytaxt restoranlarının birində 00:00 tamamda səhnədə olacaq.

Günay Qəbələyə gedir 

Müğənni Günay İbrahimli isə 31 dekabr tarixində Bakıda yox, Qəbələ şəhərində səhnəyə çıxacaq. 

O, sözügedən şəhərdə fəaliyyət göstərən məşhur hotellərin birində konsert verəcək. İddiaya görə, Günay bunun üçün təşkilatçılardan 6 min tələb edib.  

Müğənni Nigar Camal da Yeni ili Bakıda qarşılamayacaq. Pop ulduz 31 dekabr tarixində Qubada iki və Şahdağda bir hoteldə səhnəyə çıxacaq. 

Nigar bunun qarşılığında hər üç məkandan ümumi 25 min AZN qazanacaq.

Yeni albomu ilə səs-küy yaradan, adıyı dəyişdirən Natavan Həbibi (Nataone) də ilin son günündə səhnədə olacaq. 

O, həmkarları Zamiq HüseynovHiss-lə birgə paytaxt restoranların birində çıxış edəcək. 

Müğənni Nura Suri bayramı Qubada oğlu Davidlə keçirəcək. Ailəsi ilə 2022-ci ili orada qarşılayan ifaçı bir müddətdir küsülü olduğu həmkarı Nigar Camalla eyni məkanda olacaq. 

Səmra Rəhimli də bayram günü evdə olan sənətçilərdəndir.  

Populyar ifaçı da ona verilən qonorarla razılaşmayıb, 2022-ci ili evdə qarşılamaq qərarına gəlib. 

Bundan əlavə, Xalq artistləri Faiq Ağayev, Eyyub Yaqubov, Əməkdar artist Ədalət Şükürov,  Namiq Qaraçuxurlu, Gülay Zeynallı, Sevda Yahyayeva da 31 dekabrda səhnəyə çıxanlar arasındadır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM

"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır”.   Sfera.az bildirir ki, bunu Xalq artisti Brilliant...

Yeni ili kim evdə, kim səhnədə qarşılayacaq? - SİYAHI

Yeni ilin gəlişinə bir neçə gün qalıb. Azərbaycanın məşhur simalarından kimisi 2022-ci ilə evində, kimisi isə səhnədə "salam” deyəcək.   Sənət ü...

Yeni il gecəsi nə geyinməli, necə makiyaj etməli? – TRENDLƏR

Hər il olduğu kimi xanımlar qarşıdan gələn 2022-ci ili də ən şık şəkildə qarşılamağı arzulayır. Bəs Yeni il gecəsinin ən zövqlü qadını olmaq üçün hansı rənglərə...

Toyuq aldı, içindən qurd çıxdı - VİDEO

Müğənni Xatirə İslam aldığı toyuğu sosial şəbəkədə paylaşaraq gileylənib. Sfera.az xəbər verir ki, sənətçi "Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdı...

Samir Bağırov imicini dəyişdi - FOTO

Müğənni Samir Bağırov imicində dəyişiklik etdirib. Sfera.az xəbər verir ki, bığ saxlayan ifaçı uzun qara saçlarını kəsdirib və onları açıq rəngə boyatdırı...

"Analar gəlini oğul yox, özü üçün alır" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova sevgi etirafı edib. Sfera.az xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan müğənni stilist Elnur Həsənovun onun üçü...