Yeni il süfrəsində alkoqollu içki məsləhət deyil – Koronavirus xəbərdarlığı

Yeni il süfrəsində alkoqollu içki məsləhət deyil – Koronavirus xəbərdarlığı

Koronavirusa yoluxmuş rusiyalılara yeni il menyusundan alkoqolu çıxarıb, onun əvəzinə vitaminli meyvə suyu içmək tövsiyə olunub. Spirtli içkilərin sözügedən alternativi haqda RİA Noviosti ilə söhbət zamanl dietoloqlar məlumat verib.


Bundan əlavə, COVID-19 xəstələri hisə verilmiş, yağlı, ədvalı yeməkləri Yeni il menyusundan çıxarmalıdırlar, çünki bu cür təamlar mədə-bağırsaq sisteminin aşırı yüklənməsinə səbəb olur.


Dietoloq həkim, tibb elmləri namizədi, Rusiya Davamlı Peşəkar Tibbi Təhsil Akademiyasının dietologiya və nutrisiologiya kafedrasının dosenti Yelena Çediya ədvalı qidaların daha yüngül təamlarla əvəz edilə biləcəyini xatırladıb. Misalçün, qızardılmış ət və ya balıqları güvəç ət və ya balıqla əvəz edin, eləcə də tərəvəz və meyvələrə üstünlük verin.


Nutrisioloq, Milli Dietoloqlar və Nutrisioloqlar Assosiasiyasının üzvü Anna Belousova, qeyd edib ki, C vitaminini ilə zəngin olan sitrus meyvələri qanı duruldur.Mütəxəssis yemək masasına bakteriyaları və viruslıarı məhv etmək xüsusiyyətinə malik soğan turşusu qoymağı da məsləhət görb. Bundan əlavə, o, sürtgəcdən keçirilmiş pendirdən, cəfəridən, şüyüd, kişniş və sarımsaqdan ibarət təam hazırlamağı da tövsiyə edib.

 

Bu arada, mütəxəssislər qeyd edir ki, COVİD-19 xəstələrinə təkcə Yeni ildə deyil, bütün müalicə müddəıtində spirtli içkilərdən imtina etməlidirlər. Bayram süfrəsində vitaminlərlə bol meyvə suları qoyula bilər.

 

Daha əvvəl, Şimali Karolina Universitetinin (ABŞ) alimləri koronavirusun qarşısını alan məhsulların siyahısını təqdim etmişdilər. Üzüm və yaşıl çaydakı kimyəvi maddələr, virusun orqanizmdə yayılmasının qarşısını almaq üçün ən uğurlu vasitədir.. Bundan əlavə, elm adamları tünd şokolad və kakaonun da koronavirus fermentlərinin fəaliyyətini azalda biləcəyini aşkarlayıblar.


Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR