Yeni il gecəsi nə geyinməli, necə makiyaj etməli? – TRENDLƏR

Yeni il gecəsi nə geyinməli, necə makiyaj etməli? – TRENDLƏR
Hər il olduğu kimi xanımlar qarşıdan gələn 2022-ci ili də ən şık şəkildə qarşılamağı arzulayır. Bəs Yeni il gecəsinin ən zövqlü qadını olmaq üçün hansı rənglərə, hansı geyim və aksessuarlara üstünlük vermək lazımdır?
 
Baş rolda parıltı, daş-qaş...
 
Sfera.az bildirir ki, bütün Yeni illərdə olduğu kimi parıltı, daş-qaş bu il də trendlər arasındadır. İlin başqa günləri geyinməyə cəsarət etmədiyiniz pulcuqlu, muncuqlu, daş-qaşlı geyim və aksessuarlarınıza şans vermək üçün Yeni il partisi əvəzedilməz fürsət yaradır. 
 


Ancaq onu da qeyd edək ki, Yeni ili harada keçirəcəyinizdən asılı olaraq, geyim stilinizdə də dəyişiklər edə bilərsiniz. Əgər bayramı evdə qeyd edənlərdənsinizsə, aksessuardan daha az istifadə etmək; sadə amma şık geyim; daha rahat, elə də hündür olmayan ayaqqabı məsləhətdir. Yeni ili restoranda, partidə və s. qeyd edəcək olanlar isə dekolteli geyimlərini və ən şık ayaqqabılarını nümayiş etdirə bilərlər. 

Harada qeyd etməyinizdən asılı olmayaraq, Yeni il gecəsi üçün ən uğurlu rəng seçimləri isə ənənəvi olaraq, qırmızı, yaşıl, gümüşü və qızılı geyimlərdir. Bu geyimləri öz zövqünüzə uyğun kombin edə biləcəyiniz kimi, Yeni ilə ən çox yaraşan qızılı və gümüşü ayaqqabı və çantalarla, aksessuarlarla tamamlamaq da zövqlü xanımların seçimləri arasında olacaq. Qara rəng də ən çox üstünlük verilən rənglərdəndir. Bunun səbəbi isə az zəhmətlə şık görünmək istəyən xanımların çoxluq təşkil etməsidir. 
 
Ənənədən kənar...
 

 
 
Qarşıdan pələng ili gəlir. Odur ki, bu il ənənələrdən kənara çıxıb Yeni il gecəsini pələng, bəbir və s. printli parçadan tikilmiş geyimlə də qarşılamaq dəbdə olacaq. Həmçinin "nude” (noxud rəngi), eləcə də yaşıl rəngdə donu bəbir printli ayaqqabı və ya çanta ilə tamamlamaq da zövqdən xəbər verəcək. 
Saç düzümünüzü isə geyinəcəyiniz geyimin dekoltesinə və şıklığına uyğun olaraq seçə bilərsiniz. Kürək dekolteli geyim seçmisinizsə, saçları toplamaq məsləhətdir. Sinə dekoltesi varsa, saçlar açıq qala bilər. 
 
Qırmızı və ya "çılpaq" dodaqlar

Makiyaja gəldikdə isə, diqqətçəkməyi sevənlər üçün yenə bəbir printləri gündəmdə olacaq. Təbii ki, makiyaj həddən artıq diqqətçəkici olacaqsa, geyimin sadə və şık olmasına diqqət etmək lazım gələcək. Göz makiyajı həddən artıq parlaq rənglərdə və qabarıq tərzdə ediləcəksə, dodaqları "nude” saxlamaq məsləhətdir. Sadə, qəhvəyi tonlarda göz makiyajını, eləcə də dumanlı göz makiyajını isə qırmızı dodaq boyası ilə tamamlamaq olar. Qızılı və gümüşü çalarlar da makiyajda istifadə edilə bilər. Yanaqlara və göz pınarlarına haylayter (parlaqlıq verən pudra) vurmağı isə yaddan çıxarmayın.
 

 
Aksessuar seçimi: 

Dəbli kombinləri aksessuarsız təsəvvür etmək mümkün deyil. Burda seçim zövqdən asılı olacaq. Gümüş; ağ, sarı və ya çəhrayı qızıldan dəbdəbəli, eləcə də zərif seçimlər edə bilərsiniz. Tünd yaşıl qaşlı sırğa, qolbaq və ya boyunbağı sizi diqqət mərkəzinə yerləşdirə bilər. Geyiminiz sadədirsə, bunları dəst halında da istifadə etmək olar. Həmçinin qırmızı, çəhrayı qaşlı aksessuarlar da ilin trendlərindən hesab edilir.  
 
Beləliklə, Yeni il gecəsinə hazırsınız. Hər kəs üçün bol qazanclı, xoşbəxtlik dolu, gözəl bir il olsun!


 















Aysel
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM

"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır”.   Sfera.az bildirir ki, bunu Xalq artisti Brilliant...

Yeni ili kim evdə, kim səhnədə qarşılayacaq? - SİYAHI

Yeni ilin gəlişinə bir neçə gün qalıb. Azərbaycanın məşhur simalarından kimisi 2022-ci ilə evində, kimisi isə səhnədə "salam” deyəcək.   Sənət ü...

Yeni il gecəsi nə geyinməli, necə makiyaj etməli? – TRENDLƏR

Hər il olduğu kimi xanımlar qarşıdan gələn 2022-ci ili də ən şık şəkildə qarşılamağı arzulayır. Bəs Yeni il gecəsinin ən zövqlü qadını olmaq üçün hansı rənglərə...

Toyuq aldı, içindən qurd çıxdı - VİDEO

Müğənni Xatirə İslam aldığı toyuğu sosial şəbəkədə paylaşaraq gileylənib. Sfera.az xəbər verir ki, sənətçi "Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdı...

Samir Bağırov imicini dəyişdi - FOTO

Müğənni Samir Bağırov imicində dəyişiklik etdirib. Sfera.az xəbər verir ki, bığ saxlayan ifaçı uzun qara saçlarını kəsdirib və onları açıq rəngə boyatdırı...

"Analar gəlini oğul yox, özü üçün alır" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova sevgi etirafı edib. Sfera.az xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan müğənni stilist Elnur Həsənovun onun üçü...