Yeni icra başçısının ingilis dilində bu çıxışı müzakirələrə səbəb oldu — VİDEO
01:41 / 25.05.2020
12174
Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun 2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında ingilis dilində çıxışı müzakirələrə səbəb olub.
"Yeni Gündəm”-in xəbərinə görə, videonu jurnalist Eynulla Fətullayev paylaşıb.
S.Orucovun çıxışı zamanı onun igiliscə sözləri düzgün tələffüz etmədiyi diqqət çəkib.
Qeyd: S.Orucov beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri kimi çıxış edib.
]