Yeni Füzuli şəhəri bu görkəmdə olacaq - FOTOLAR

Yeni Füzuli şəhəri bu görkəmdə olacaq - FOTOLAR
"Azərbaycan Prezidenti tərəfindən Qarabağın hava qapısı elan olunan Füzuli şəhəri yenidən canlanacaq. Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsuiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq”.

Sfera.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat yeni Füzuli şəhərinin necə olacağını açıqlayıb:

"Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı da daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur”.

Vüqar Bayramov bildirib ki, Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq:

"Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin  qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar”.

Deputat onu da əlavə edib ki, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəb...

Dünən şəhid olan hərbçimizin ölümündən bir qədər öncə çəkdiyi VİDEOSU

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nətic...

Deputat və kürəkəninin şirkətləri: Siyahı yayıldı - FOTOLAR

Milət vəkili Eldar Quliyevin şirkətlərinin bir qisminin siyahısı yayılıb. Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məluma...

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - Ailəsi danışdı

"Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb.  Ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonu...

Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOLAR

O, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat tör...

Yeni Füzuli şəhəri bu görkəmdə olacaq - FOTOLAR

"Azərbaycan Prezidenti tərəfindən Qarabağın hava qapısı elan olunan Füzuli şəhəri yenidən canlanacaq. Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şə...