"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.

Sfera.az xəbər verir ki, A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: "Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, "krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: "Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?”
 
demokrat.az

OXŞAR XƏBƏRLƏR

Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilmə...

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb. Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar ...

Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Vurmalıydıq, vurmamalıydıq? İndi ölkə gündəmini müəyyənləşdirən sosial şəbəkələrdə müzakirələr bu sual ətrafında aparılır. Xalq olaraq sanki iki böyük hissəyə...

“Əlinizdə ixtiyar olsaydı DTX maskalılarını hansı quruma göndərərdiniz? – SUALI SİYASƏTÇİLƏR CAVABLANDIRIR

"DTX maskalıları yerli icra hakimiyyəti orqanlarına, Gömrük Komitəsi və AZAL-a göndərilməlidir” . Bu sözləri Sfera.az-a açıqlamasında əllərində ixtiyar ...

Baş prokuror bütün köməkçilərini işdən çıxartdı – Üçü məşhur simanın övladıdır

Yeni Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən a...

“Əfəl” nazir, diribaş müavin və milyonların nağılı – OZAL MƏMMƏDOV YAZIR

Məmur həbsləri həmişə və hər yerdə maraqlıdır. Görünür, həm də ona görə ki, həmin həbslərin ardınca çox mətləblərə aydınlıq gəlir. Məlum olur ki, şəbəkələşmiş...