Yəmən Xarici İşlər naziri ölkəsində baş verənlərə görə İranı ittiham edib

Yəmən Xarici İşlər naziri ölkəsində baş verənlərə görə İranı ittiham edib

"Yəməndə İranın dəstəklədiyi husilər hücumlara ara vermir, ölkəmizdə özlərinə uyğun rejim yaratmaq istəyirlər”.

Sfera-nın APA-ya istinadla məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Yəmən Xarici İşlər naziri Məhəmməd Al-Hadhrami bildirib.

O qeyd edib ki, husilər ölkə infrastrukturuna böyük ziyan vurub, xalqı acınacaqlı duruma salıblar: "Hər gün günahsız qadın və uşaqlar öldürülür, ağır humanitar vəziyyət yaranıb. Yəmən hökuməti BMT-nin xüsusi nümayəndəsi, müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Biz Yəməndə çoxdan arzu edilən sülhün bərqərar olmasını istəyirik. Bu mövzuda ölkəmizdə Milli konfrans keçirilib. BMT Təhlükəsizlik Şurasının qətnaməsində də bu istək əksini tapıb. Ancaq indiyə qədər vəziyyət arzu edilən istiqamətdə dəyişməyib. Stokholmda keçirilən görüşdə imzalanan razılaşmaya da husilər əhəmiyyət verməyərək hücumları davam etdirirlər. Hətta Stokholm razılaşmasını da öz istədikləri kimi şərh edirlər. Husilərin başındakı cinayətkar Stokholm razılaşmasına qoşulmadıqlarını da bəyan edib”.

 

Yəmən Xarici İşlər naziri Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumun pislənilməsini də təklif edib: "Öhdəliklərin husilər tərəfindən pozulması da pislənilməlidir. Səudiyyə Ərəbistanın bizim ölkəyə, silahlı qüvvələrə yardımını yüksək dəyərləndiririk. Bu bizim hökumətimizə edilən böyük yardımdır".

Nazir ölkəsində baş verənlərə görə İranı ittiham edib.


OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...