No Image
No Image

Yelo Bankın real sektora dəstəyi artıb

Yelo Bankın real sektora dəstəyi artıb

Yelo Bank 2020-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı.

 

Hesabata əsasən dördüncü rübün sonunda Bankın cəmi aktivləri 390.9 mln manat təşkil edib.


Bankın kredit portfeli 308.3 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 mln. manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 mln. AZN və ya 18% artım müşahidə olunub.


Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalıisə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.

 

Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 mln. manat səviyyəsinə çatdırmışdır.

 

 

Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.

 

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: "Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi necə mənimsəyir? - Milyardlıq “tender oyunları”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini tənqid edib...

Azərbaycanda qida məhsullarının idxalı kəskin artıb: Milyonlarla dollar ödəyib nə almışıq?

Azərbaycanda kənd təsərüfatı məhsullarının istehsalında və qida sənayesində ardıcıl inkişaf templərinin təmin edilməsinə baxmayaraq xaricdən idxal edilən yeyint...

Azərbaycan neftinin qiyməti 67 dollara çatdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,32 % artıb. Sfera.az  xəbər verir k...

Azərbaycanda çörək bahalaşmağa davam edəcək – SƏBƏB

2020-ci ilin ikinci yarısından xarici bazarlarda buğdanın bahalaşması böyük həcmdə buğda idxal edən ölkələrdə qiymət artımlarına səbəb olub.   Sfera...

Mərkəzi Bankdan dollar açıqlaması

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sfera.az-ın məlumatına görə, 2021-ci ilin fevralın 26-da ABŞ dollarının...

“Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat ZƏRƏR

"Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir. ...