Yelo Bank fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi

Yelo Bank fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi

Yelo Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma qoşuldu.

Sənədə əsasən, nazirlik, Mərkəzi Bank və ABA həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi üçün əməkdaşlıq edəcəklər.

Beləliklə, Yelo Bank öz biznesinin yaradılması üçün üç aztəminatlı ailəyə təmənnasız olaraq müxtəlif avadanlıqlar verir. Tikiş avadanlıqlarını paytaxtın Yasamal rayonunun sakini İranə Vəliyeva və Bərdə şəhərindən Vəzifə İsbəndiyarova alacaq. Göygöl rayonunun sakini Nəcəf Hüseynova isə mebel kəsimi üçün avadanlıq təqdim ediləcək.

Onlar xüsusi karantin rejimi başa çatdıqdan sonra fəaliyyətə başlayacaqlar.

Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib ki, hər üç tərəfdaşın fiziki məhdudiyyətinin olması layihəyə xüsusi dəyər qatır: "Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru  ayrılmazdır".



OXŞAR XƏBƏRLƏR

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...

İlham Əliyev: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.   Sfera.az xə...