Yelo Bank artıq Mərdəkanda

Yelo Bank artıq Mərdəkanda
Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Bankın konsepsiyasına uyğun dizayn edilmiş yeni Mərdəkan filialı bütün müasir standartlara cavab verir.

Mərdəkan qəsəbəsinin girişi, Nüsrət Məmmədov küç. 1 ünvanında yerləşən filial bankın bu ərazidəki ilk filialıdır. Öz rahatlığı və funksionallığı ilə yanaşı, rahat yerləşimi ilə də seçilən filial Yelo Bankın "Parlaq Bankçılıq" şüarına uyğun cəlbedici və parlaq dizaynı ilə fərqlənir.

 

Müştəri xidmətinin sürətli və effektiv şəkildə təşkil olunması üçün filialda ən kiçik detallar belə nəzərə alınıb. Konseptual dəyişikliklər filialın xarici görünüşü ilə yekunlaşmır. Sadə, xüsusi zövqlə təmir edilmiş qəbul və gözləmə otaqları ilə eyni zamanda universal xidmət sistemi də sizi Mərdəkan filialında gözləyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov daha bir filialın açılmasının bankın biznes hədəfləri və yeni strategiyasının həyata keçirilməsində növbəti addım olduğunu qeyd edib: "Yeni filial açmağımızın əsas məqsədi Yelo Bank tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməkdir. Bununla yanaşı, biz, rəqəmsal həllərimizin təkmilləşdirilməsi istiqamətində də çalışırıq. Əsas hədəfimiz ən qabaqcıl dünya təcrübəsinə əsaslanan və müasir tələblərə cavab verən xidmət səviyyəsini təmin etməkdir. Xidmətlərimizin müştərilərimizə mümkün qədər əlçatan olması üçün bu istiqamətdə inkişaf etməyə davam edəcəyik".


Açılış mərasimində Bakıda işgüzar səfərdə olan Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova da iştirak etmişdi. Xanım Kulişova görülən işlərlə tanış olub, filialın iş proseslərinin təşkili barədə ətraflı məlumat aldıqdan sonra filial komandasına uğurlar arzuladı.


Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı biznesmen pandemiyada səyahətin detallarını açıqladı: “Green Pass” olmadan bir çox yerə gedə bilməzsiniz"

"Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah Fərid Novruzi səfərləri barədə maraqlı paylaşım edib.   Sfera.az bildirir ki, iş a...

“Onlar Sevinsin” layihəsi 5-ci ilində qəhrəmanlar diyarı - GƏNCƏDƏ!

Aydın və parlaq gələcəyə açılan qapıların açarının savadlı və xoşbəxt uşaqların əlində olduğuna inanan və bu məqsəd uğrunda Korporativ Sosial Məsuliyyət proqr...

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı - FOTOLAR

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçi...

Bank of Baku “Qarabağ Dirçəliş Fondu”nun xüsusi sertifikatı ilə təltif olunub!

Vətəninə, millətinə hər zaman faydalı olmağa çalışan və bu amal uğrunda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində bir çox layihələrə imza atan Bank o...

Kapital Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görüldü - FOTOLAR

8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib. Görüşdə iş...

Azər Türk Bank loqosunu yeni dizaynda təqdim edir

Dövlət bankı Azər Türk Bank redizayn edərək loqotipini yeniləmişdir.   Dünyanın dizayn sahəsində bu gün qəbul edilən əsas meyarlarını nəzərə alan Bank sa...