\"Yeganə çıxış yolu bu ola bilər ki...\" - Ekspertdən vaksinasiya olunmayan müəllimlərlə bağlı AÇIQLAMA

\
"Bir ildən artıqdır, pandemiya səbəbindən dərslər onlayn-distant qaydada həyata keçirilir. Bu formada tədrisin keyfiyyətindən hər birimiz xəbərdarıq. Ümumiyyətlə hər kəs normal həyata qayıtmaq istəyir. Bunun hazırda baş verməsi üçün vaksinasiya qaçılmazdır”.
 
Sfera.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.  O, vaksinasiyanın təhsil sahəsi üçün də önəmli olduğunu bildirib:

"Azərbaycanda yanvar ayından vaksinasiya başlayıb və artıq təhsil müəssisələrində çalışan işçilər də vaksinasiya olunur. Bu günə qədər böyük sayda müəllim və digər işçilər vaksinasiya olunub. 

Əvvəlcə qeyd edim ki, vaksinasiya olunma könüllüdür, məcburi xarakter daşımır və vaksinasiya olunmayanlara qarşı heç bir cəza və ya işdən azad olunma nəzərdə tutulmur. Vaksinasiya olunma məcburi deyil, zəruridir və könüllüdür. Bəzi müəllimlər vaksinasiya olunmaq istəmir. Bu da onların hüququdur”.
K.Əsədovun sözlərinə görə, məsələnin həlli yolu odur ki, ənənəvi tədris bərpa olunanda, vaksinasiya olunmuş müəllimlər dərsləri normal qaydada siniflərdə təşkil etsinlər:

"Olunmayanlar isə tədrisi onlayn-distant qaydada həyata keçirsinlər. Hesab edirəm ki, yeganə çıxış yolu bu ola bilər. Çünki vaksinasiya olunmayanlar potensial yoluxma təhlükəsi qarşısında qalırlar”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR