Yay pəhrizlərində əvəzedilməz meyvə

Yay pəhrizlərində əvəzedilməz meyvə
 Alça yay pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var

Sfera.az xəbər verir ki, antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. 

Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Bundan başqa, alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. (interaz)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı həkim virusun dərmanını tapdı - DÜNYA XİLAS OLDU - VİDEO

 Azərbaycanlı həkim bütün dünyanı virusdan xilas edib. Sfera.az xəbər verir ki, məhz onun üstün zəkası sayəsində milyonlarla insan ölümdən xilas olub...

"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI

 Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.   O, "Ölkə.Az”a açıqlamasında bildirib ki, s...

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər – Dünyanı xilas edən üsul

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar. Sfera.az x...

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

  "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik ol...

TƏBİB koronavirusla bağlı məlumat yaydı — SON DƏQİQƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Dünyanın ən FAYDALI MƏHSULLARI

 Limon dünyanın ən faydalı məhsulu elan edilib. Sfera.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən...