“Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ÖDƏNİLMƏYƏCƏK

“Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ÖDƏNİLMƏYƏCƏK
"Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq".

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, "Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək.

Nazirlik rəsmisi "Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilib-ödənilməyəcəyi məsələsinə də aydınlıq gətirib: "İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.



OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...