Yay aylarında bu infeksiyalara diqqət! - Dəniz və ya hovuzdan koronavirusa yoluxmaq olarmı?

Yay aylarında bu infeksiyalara diqqət! - Dəniz və ya hovuzdan koronavirusa yoluxmaq olarmı?
Yay aylarının gəlməsi ilə artıq tətil planlanları qurulmağa başladı. Mütəxəssislər koronovirusun dənizdən və ya hovuzlardan keçməyəcəyini bildirirlər. Amma bəzi infeksiyalar hovuzdan keçə bilər.
Sfera.az xəbər verir ki, türkiyəli həkim Nail Özgüneş həmin infeksiyalar barədə danışıb:

Göz infeksiyaları


"Hovuzlar isti və nəmin təsirindən bəzi infeksiyaların yayılmasını asanlaşdırır. Hovuz suyunun dezinfeksiyasında istifadə edilən bəzi xlor tərkibli maddələr qıcıqlanmaya, gözün immunitet sisteminin zəifləməsinə səbəb olur. Əlamətləri qızarıqlıq, bulanıq görmə, qaşıntı, yanma və batma kimi hallardır. Gözlərində infeksiyası olan insanlar digər hovuz istifadəçilərinin sağlamlığını düşünərək, sağalana qədər hovuzdan istifadə etməməlidirlər. Linzadan istifadə edənlər hovuza linza ilə girməməlidirlər. Hovuza girərkən hovuz eynəyindən istifadə edin".

Həzm sistemi infeksiyaları

"Hovuzlardan keçən infeksiyaların başında, həzm sistemi infeksiyaları durur. Bu özünü bulantı və ya ishal ilə göstərir. Rotavirus, Hepatit A, Salmonella, Shigella, E. Coli (Turist ishalı) olmaqla bir çox virus və bakteriyalar su dövranı və xlorlamanın yetərsiz olduğu hovuzlarda canlılığını uzun müddət qoruduğu üçün bu mikrobları olan hovuz suyu udulduğu zaman yaranır".

Genital bölgə və idrar yolu infeksiyaları

"Bu infeksiyalar idrara çıxarkən yanma, tez-tez idrara çıxma, bel və qasıq ağrısı, genital bölgədə ağrı, qaşıntı və axıntı kimi əlamətlərlə özünü göstərir. Genital siğillər (HPV) hovuzlardan da keçə bilər".

Dəri infeksiyaları və göbələklər

"Bəzi dəri infeksiyaları və göbələklər hovuzdan keçə bilər. Çox miqdarda xlor istifadə edilən hovuz suları insanlarda dəridə qıcıqlanmaya səbəb olar. Qaşınma kimi dəri xəstəlikləri də gigiyenik olmayan mühitdən və ya təmiz olmayan dəsmallardan keçə bilər".

Xarici qulaq infeksiyaları

"Xarici qulaq infeksiyaları sulu ortamı sevən bakteriyalar, bəzən isə göbələklərin səbəb olduğu bir haldır. Şiddətli qulaq ağrısı, qulaqda axıntı və eşitmə azlığı, qaşıntı, irəli zamanlarda qulaqda şişmə və qızarıqlığa səbəb olur. Uzun müddət suda qalma ya da qulağa su qaçması nəticəsində risk artar".

Bəs bu infeksiyalardan qorunmaq üçün nə etməliyik?

"Xlorlamanın və su dövranının yetərli olmadığını düşündüyünüz hovuzlara girməyin. Hovuzda su udmamağa diqqət edin. Özəlliklə saqqız çeynəyərkən su uda biləcəyiniz üçün üzərkən saqqız çeynəməyin. Sulu çimərlik geyimi ilə uzun müddət oturmayın. Dərhal qurulanın. Hovuzdan sonra dərhal duşa girin, üzərinizdəki mikrob və artıq xlordan qurtulun". /medicina.az

OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...