“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır\"

“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır\

Mən Azərbaycandayam, evimdəyəm. Sadəcə, 3 həftə əvvəl qan təzyiqim qəfil yüksəlmişdi deyə, özümü yaxşı hiss etmirdim və həkim müalicəsinə ehtiyac yaranmışdı. Ətrafımda bu qədər həkim varkən xaricə niyə getməliyəm?

Sfera.az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq  Azər Maqsudov kritik vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

A.Maqsudov səhhətilə bağlı xaricə aparılması xəbərini təkzib edib:

"Qan təzyiqim qalxdı, həkim müalicə yazdı və evimdə müalicə alıram. Mənim səhhətimdə kritik vəziyyət yoxdur ki, xaricə aparılmağıma ehtiyac yaransın. Həm kritik vəziyyətdə olan biri xəstə yatağında olmalı və telefonla danışmamalıdır. Tamamilə yalnış məlumatdır. Qohum-qardaş hamısı bu məlumatdan nigaran olub. Hamıya demək istəyirəm ki, yaxşıyam, ölkəmdəyəm, heç bir problem yoxdur. Hamımız insanıq və səhhətimizdə müəyyən narahatlıq yaranması da mümkündür. Xahiş edirəm bu cür məlumatlar yayarkən diqqətli olsunlar".


OXŞAR XƏBƏRLƏR

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...

İkinci Dünya Müharibəsinin qalıqları hələ də təhlükə yaradır

Uelsin Pembrokeshire bölgəsindəki Sahil Mühafizəçiləri bəyanat yayaraq, çimərlikdən istifadə edən insanları diqqətli olmağa çağırıb. Belə ki, 1950-ci illərdən b...