\"Yaxşı olar ki, ermənilər öz məğlubiyyətlərini elan etsinlər\"

\
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Döyüşlər başlayan zamandan bir aydan bir az çox vaxt ərzində Azərbaycan ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edib.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin videogörüntülərinə baxan zaman ermənilərin vandallığı, barbarlığı xüsusi diqqət çəkir:

"Ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızda daşı-daş üstündə qoymayıblar və bütün təbbi ehtiyyatlarımızı vəhşicəsinə mənimsəyiblər, həmin əraziləri də vandallıq mərkəzinə çeviriblər.

Əlbəttə ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır və ordumuz döyüş meydanında nə qədər güclü olduğunu göstərib. Eyni zamanda, müharibənin digər istiqmətində, yəni diplomatiya sahəsində də ölkəmizin uğurları möhtərəm prezidentimizin uzun illərdir apardığı məqsədyönlü siyasətin nəticəsidir. Hətta Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatlar da erməni vandallığını sübutlarla ortaya qoyurlar.

Azərbaycan istənilən yolla öz ərazi bütövıüyü bərpa edəcək. Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün ərazilərimizdən çıxana qədər döyüşlər dayanmayacaq. Yaxşı olar ki, ermənilər öz məğlubiyyətlərini elan etsinlər. Əgər bunu etməsələr, müzəffər Azərbaycan ordusunun zəfər yürüşü davam edəcək, işğal edilmiş bütün ərazilərimizi azad edəcək və həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağı dalğalanacaq”.

OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...