“Yaxşı ki, sosial şəbəkələr var...” – İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?

“Yaxşı ki, sosial şəbəkələr var...” – İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa yardımların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.
 
Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, Rusiyanın məqsədi sülhməramlı missiyasını həyata keçirməkdən ibarətdirsə, bu vəzifəyə daxil olan funksiyalarının icrasından kənara çıxmamalıdır:
 
"Laçın dəhlizindən Qarabağa daxil olan yüklər və şəxslərin keçidi Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Humanitar yardımların göndərilməsi beynəlxalq praktikada mövcuddur. Amma göndərilən humanitar yardımları göndəriləcək ölkə ilə razılaşdırılmalıdır.
 
Odur ki, Laçın dəhlizindən üçüncü ölkəyə aid maşınlar və şəxslərin daxil olması ancaq ölkəmizin razılığı ilə baş verməlidir. Sosial şəbəkələrdə İrana aid nömrə nişanlı avtomobillərdə yüklərin daşındığı haqqında video görüntülər yayılıb. Əgər bu yüklər humanitar məqsədlidirsə, təbii ki, ölkəmiz məlumatlandırılmalıdır. Yəni, Laçın dəhlizində  özbaşınalığın baş verməməsi üçün oarda Dövlət Sərhəd Xidməti əməkdaşlarının nəzarət postunun  yaradılmasını vacib hesab edirəm”.

Millət vəkilinin sözlərinə görə, əgər biz Laçın dəhlizindən keçirilən yüklərə nəzarət edə bilmiriksə və kənar nömrə nişanlı avtomobillərlə yüklər daşınırsa, bu o deməkdir ki, orada nəzarət edən sülhməramlılar xidmətlərini lazımi qaydada aparmır.
 
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında qeyd edib ki, məsələni tam şəkildə aydınlaşdırmaq lazımdır ki, bir daha bu hal təkrarlanmasın:
"Əlbəttə, Azərbaycanın xəbəri olmadan hər hansı yüklərin ərazimizə daşınması mümkün deyil. Bu qeyri-qanunidir. Bütün hallarda məsələyə dərhal aydınlıq gətirilməlidir. Yaxşı ki, sosial şəbəkələr var, orada bu informasiya daxil olur və dərhal reaksiya verilməlidir. Həmin ölkələrə bunun yolverilməz olduğunu bildirməliyik.
 
Biz eyni zamanda qarşı tərəflərdən izahat istəməliyik və bu bizi qane etməlidir. Əks təqdirdə isə müəyyən addımlar atmalıyıq. O cümlədən İran şirkətlərinin Qarabağın yenidənqurma işlərində iştirakı ilə əlaqəli müəyyən qərarlar verilməlidir. Yenə deyirəm ki, öncə təmkinlilik nümayiş olunmalıdır. Həm də qısa zamanda problem həll edilərək qanunsuz yükdaşımaların qarşısı alınmalıdır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...

Nizami rayonunda 500 ağac əkildi

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dün...

Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ

“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.   Sfera....

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...