“Yatsam yuxuma da girməzdi ki...\" - Xatirə İslam 5 minlik qonorar qalmaqalından danışdı

“Yatsam yuxuma da girməzdi ki...\
Müğənni Xatirə İslam aparıcılara xəbərdarlıq edib.
 
Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabından onlara müraciət edərək iştirak etmədiyi verilişlərdə adının çəkilməməsini istəyib. "Aramızda olan hörmət uzunömürlü olsun. Ümumiyyətlə, məni dəvət edəndə gəlmirəmsə, kim nə istədi danışmalıdır? Bəs peşəkarlıq, bəs illərin salamı?”.

X.İslam xüsusilə aparıcı Mətanət Əliverdiyevaya çağırış edib. 

"Yatsam yuxuma da girməzdi ki, Mətanət xanım nəyisə araşdırmadan açıqlama verər. Mən xına tərtibatı ilə məşğul olmuram, buna zamanım çatmır. O iş zəhmət tələb edir” , - deyə Xatirə qeyd edib.
Xatırladaq ki, Mətanət Əliverdiyeva aparıcısı olduğu "6/8 axşam şousu"nda Xatirənin xına məclisi təşkil etdiyini və buna görə 1000-5000 arası qonorar istədiyini deyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR