\"Yataqxanada baş verən yanğın qəsdən törədilib\" - Rövşən Rzayev
15:38 / 10.04.2019
3270
Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.
Sfera.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Komitə sədrinin sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb:"Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.