YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı

YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.

Sfera.az xəbər verir ki, fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 1 672 928 manat, borc öhdəliklərinin qarşılanması üçün 123 941,74 manat, tibbi xərclərin ödənilməsi üçün 122 014,52 manat, təhsil xərclərinin ödənilməsi 30 940,99 manat xərclənib.

Eyni zamanda, evin təmiri üçün 1 660 920 manat, bank borcları üçün 108 838,48 manat, tibbi cihaz alınması üçün isə 47 270,80 manat vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 27 610 701,33 manat toplanıb. Həmin vəsaitin 11 176 564,78 manatı xərclənib. Vəsaitin qalığı isə 25 812 967,82 manatdır.

Həmçinin fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Fond tərəfindən indiyədək 2725 şəhid ailəsi ziyarət olunub, 149 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 11 708-dir.

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...