Yaşamaqdan doymamısınız, ölmək istəmirsiniz? - Oxuyun! - VİDEO

Yaşamaqdan doymamısınız, ölmək istəmirsiniz? - Oxuyun! - VİDEO

"Cryonics” layihəsi

Böyük məkanda çox aşağı temperaturda insanları donduraraq bədənin çürüdülməsi - "Cryonics".

İnsanların ölümsüzlük arzusu...

"Cryonics.com” saytına girsəniz, sizi bu bu sözlər qarşılayacaq:

 "Gələcəyinizə xoş gəldiniz!”

Hazırki prosedur insanların öldükdən sonra dondurulmasıdır. Bundan sonrasını isə dondurulmuş şəxs üçün faili-məchul hesab etmək olar.

Layihənin işlənmə məntiqi, hazırda müalicəsi mümkün olmayan bir çox xəstəliyin gələcəyin tibbi üsulları ilə müalicə edilə bilməsinə inanmaqdır.

Benjamin dedi, etdilər...

ABŞ-ın ilk dövlət başçısı Benjamin Franklin 1773-cü ildə ölümün çarəsini tapmaq üzərində çalışan məşhur tibb araşdırmaçısı Cekiz Daborka iki cümlədən ibarət məktub yazmışdı:

"Kaş insanları dondurub gələcəkdə oyada biləcəyimiz bir üsul ola. Bunun sayəsində Amerikanın yüz il sonrakı durumunu bir anlıq belə olsa görüb , sonra ölməyə razıyam.  Elmin gələcəkdə bunlara nail olacağına heç şübhəm yoxdur”

Zaman keçdikcə bu, Benjaminin xəyalı olmaqdan çıxdı. Araşdırmaçı alimlər insanı donduraraq, bir növ ölümsüzlük əldə etməyi sınaqdan keçirməyə başladılar. Beləcə, tarixdə ilk dondurulan insan Kaliforniya Universitetinin psixologiya professoru Ceyms Bidford oldu.

O zamanlar "Cryonics” texnikası güclü inkisaf etməmişdi. Bidfordun bədəni hələ də dondurulmuş olaraq saxlanılsa da, bəzi hüceyrələrinin zərər gördüyü deyilir. Anca bu texnikanın üzərində işləyən insanlar onu daha da mükəmməlləşdirə bildilər. Bidforddan sonra daha 9 nəfərin də bədəni dondurulub. 

Onlar əridilər...

1979-cu il "Cryonics” üçün faciəvi oldu. Saxlanılan 9 bədənin əridiyi məsul şəxslər tərəfindən anlaşıldı. Saxlanılan bədənlər çürümüşdü və bərbad halda idi. Sonradan məlum oldu ki, Krioniks İnstitutunun enerji izoliyasiyası 6 ildir ki, işləmir. Bundan dolayı dondurma sistemi çökmüşdü, heç kimin xəbəri olmadan. Ancaq həkimlər yalnız ilk dondurulan insan - Bidfortun bədənini qurtara bildilər.

Hazırda bu işi görən bir neçə şirkət fəaliyyət göstərir. Bu şirkətlərlə razılaşmış, ölmüş və donmuş halda olan ən az 230-a yaxın insan var. Öldüyü zaman dondurulması üçün müqaviləyə imza atan insan sayı isə mini keçib. Amerikadan kənarda, yaxud nəzarətdən uzaq ölmə ehtimalını nəzərə alaraq, müqavilə bağlayan insanlara  üzərində  "Dəfn etməyin” yazılan bilərzik, yaxud boyunbağı verilir. Bu aksessuarların üzərində meyitin göndəriləcəyi ünvan qeyd edilir.

Qedy edək ki, ölkəmizdə hələ də bu layihəyə daxil olan kimsə yoxdur.



OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...