Yasamalın icra başçısının \"köməkçisi\" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT

Yasamalın icra başçısının \
Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçisi təyin etməsi müzakirələrə səbəb olub.

 

Sfera.az pravda.az-a istinadla xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra başçısının öz bacısı oğlunu köməkçi qismində işə alması xəbərini təkzib edib. O, bu barədə məlumatın olmadığını bildirib. İcra Hakimiyyətinin rəsmisi bununla bağlı saytlarda məlumatların yayılmasından xəbərdar olduğunu vurğulasa da, lakin Murad Ağayev adda şəxsin vəzifəyə gətirilməsi ilə bağlı xəbər eşitmədiyini qeyd edib.

 

Təəssüflər olsun ki, dövlət orqanının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri artıq 1 həftədir ki, təyin olunan icra başçısının bütün günü yanında gəzən şəxsin kim olduğunu və hansı vəzifəni icra etdiyindən xəbərsizdir. Murad Ağayev məhz noyabrın 12-dək, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçisi olub. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Murad Ağayevin adı isə hələ də Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi vəzifəsində qalır.

 

Daha ətraflı bax: //yasamal-ih.gov.az/page/21.html

 

Amma buna baxmayaraq, Murad Ağayev elə noyabrın 12-dən, yəni Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndən sonra Yasamal Rayon İcra Hakimiyyətindəki başçısının köməkçisi vəzifəsindən də gedib. O, bununla da başçının köməkçisi deyil, dayısının köməkçisi olduğunu açıq-aşkar nümayiş etdirib. Sübut üçün noyabrın 14-də yeni icra başçısı Əziz Əzizovun Suraxanının Zığ qəsəbəsində sakinlərlə ilk görüşü zamanı Murad Ağayevin də dayısının yanında olduğunu göstərə bilərik.

 

Daha ətraflı bax: //surakhani-ih.gov.az/news/746.html

 

Bunda əlavə, noyabrın 16-da Əziz Əzizovun Suraxanıda Şərq yaşayış sahəsi 12-ci döngə küçəsində sakinlərlə görüşü zamanı da Murad Ağayevin dayısının yanında olması onun Suraxanı Rayon İcra Hakimiyyətində vəzifəyə təyin olunmasına əsas verir.

 

Daha ətraflı bax: //surakhani-ih.gov.az/news/746.html

 

İndi isə keçək əsas məsələyə: Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra hakimiyyətində belə bir adamın işləmədiyini deyir.

 

Yekunda sual yaranır ki, bəs necə olur ki, adı hələ də Yasamal Rayon İcra Hakimiyətinin saytında başçının köməkçisi vəzifəsini daşıyan Murad Ağayev necə olur ki, iş vaxtı Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı Əziz Əzizovun yanında gəzir?

 

Bir daha xatırladırıq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.





OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...