Yasamalda polisə zibil atanların saxlanılma anı - Xüsusi əməliyyat - ANBAAN VİDEO

Yasamalda polisə zibil atanların saxlanılma anı - Xüsusi əməliyyat - ANBAAN  VİDEO
 

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.

DİN-dən Sfera.az-a bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görmüşlər.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Lətif Qədirov belə saxlanıldı - ƏMƏLİYYAT VİDEOSU + SON DƏQİQƏ!

  Xəbər verdiyimiz kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzi...

DTX XİN -də keçirilən əməliyyatın videosunu yaydı - SON DƏQİQƏ!

  Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.  Sfera.az həmin videonu təqdim edir: ...

Yasamalda polisə zibil atan şəxsin evindən çıxarılmasının görüntüləri - ANBAAN VİDEO

  Bakının Yasamal rayonu ərazisindəki yaşayış binasında karantin qaydasını pozduğu üçün saxlanan 11 nəfərdən birinin evindən çıxarılaraq saxlanılmasının v...

Bakıda polisin başına zibil atanlar saxlanıldı - VİDEO

  Ötən gün Bakının Yasamal rayonunda yaşayış məntəqəsində polisin başına zibil atanlar tutulub. Sfera.az xəbər verir ki, iyunun 7-də sərt karan...

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri — VİDEO

 Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.   Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, hadi...

Afaq Bəşirqızı ilə fotosunu paylaşan Elgiz Əkbər söyüşlərlə qarşılandı - VİDEO

  Xalq artisti Afaq Bəşirqızının "Elgizlə İzlə" proqramında Elgiz Əkbərlə telefon danışığı zamanı işlətdiyi qeyri-etik ifadənin efirə getməsi ic...