Yasamal bələdiyyəsinin vəzifəlisi həbs edildi – 3 min manata qəbir yeri satırmış

Yasamal bələdiyyəsinin vəzifəlisi həbs edildi – 3 min manata qəbir yeri satırmış

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğundan Sfera.az-a daxil olan məlumata görə, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.

İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...