Yaş salfetdən istifadə edənlər! Diqqət! Təhlükəlidir

Yaş salfetdən istifadə edənlər! Diqqət!  Təhlükəlidir

Türk Dermatoloji Dərnəyi Üzvü Prof. Dr. Meltem Öndər, yaş salfetlərdəki spirt və ətirin, allergik reaksiyalara yol açaraq, dəridə qızartı, şiş, qabartıya yol aça bildiyini bildirib.

Sfera.az bildirir ki, Öndər, etdiyi açıqlamada, allergik reaksiyalara gətirib çıxaran məhsullar arasında kosmetikaların əhəmiyyətli yer tutduğunu, dəri sağlamlığının qorunması üçün bunların istifadəsində seçici olunması lazım olduğunu söyləyib.

Xüsusilə körpə və uşaqlar üçün istifadə edilən məhsullarda diqqətli yanaşmaq lazım olduğunu vurğulayan Öndər, "Yaş salfet istifadəsində diqqətli olunmalıdır. Çünki bunlar yüksək miqdarda ətir və spirt kimi dezinfeksiya edici ehtiva edir. Bunların yerinə körpələrin təmizliyi üçün ilıq su istifadəsini təklif edən Öndər, belə davam etdi:

"Təmizlik pambıq ya da pambıqlı bezlə edilməli. Xüsusilə ağız və göz ətrafı təmizliyində diqqətli olunmalıdır. Hələ ki egzeması olan uşaqlarda bu etinasızlıq edilməməlidir. Genital bölgə və omba təmizliyində sidik və istifadə edilən dəsmallar bağlı pişkinliklər ola bilər. Burada da yaş salfet istifadə edilməməlidir".

Meltem Öndər, "Bu məhsulların istifadəsində hər hansı allergiya inkişaf etdiyində dərhal mütəxəssisə müraciət edilməsi lazımdır. Çünki erkən diaqnoz qoyulduğunda həssaslıqlar əngəllənə bilir" deyə danışdı.


OXŞAR XƏBƏRLƏR