“Yarmarkaların təşkili Prezidentin birbaşa tapşırığıdır” - Zeynal Nağdəliyev

“Yarmarkaların təşkili Prezidentin birbaşa tapşırığıdır” - Zeynal Nağdəliyev
"Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili Prezident İlham Əliyevin birbaşa tapşırığıdır. Prezident İlham Əliyev bu gündən Novruz bayramı ilə bağlı belə yarmarkaların hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün olmaq şərtilə təşkil olunmasını tapşırıb"

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib. Prezidentin köməkçisi bildirib ki, 14 yerdə təşkil olunan yarmarkalarda satışa 42 rayondan 52 çeşiddə məhsullar çıxarılıb: 

"Yarmarkaların keçirilməsində əsas məqsəd odur ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, sahibkarlar öz məhsullarını gətirib bu yarmarkalarda sata bilsinlər. Həmçinin şəhər sakinləri ucuz qiymətə məhsullar alsınlar. Elə məhsullar var ki, qiyməti iki dəfə, iki dəfədən çox aşağıdır, elə məhsullar da var ki, topdansatışdan 20 faiz, bazar qiymətlərindən isə 30-40 faiz ucuzdur. İşi elə səviyyədə təşkil etməliyik ki, qiymətlər nəzərəçarpacaq dərəcədə aşağı olsun, eyni zamanda, çeşid genişlənsin və keyfiyyət yüksək olsun". 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...