Yarışı olacaq idmançılarımız Olimpiya Oyunlarının açılışına qatılmayacaq

Yarışı olacaq idmançılarımız Olimpiya Oyunlarının açılışına qatılmayacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və  baş katibin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər.

Sfera.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz  Hüseynzadə və Azər Əliyev yerli şərait, idmançıların hazırlığı ilə tanış olublar.

"Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızda yaxşı nəticələr gözləyirik".

Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib.

Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə də fikirlərini bölüşüb: "Bizim idmançılar da paradan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində olacaq”.

MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb: "Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək”.

MOK vitse-prezidenti atletlərin Covid testini verməsi prosesi ilə,  yerləşdikləri otaqlar və yeməkxana və maraqlanıb. Bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...