Yarım tondan çox heroinə görə tutulmuşdu, azadlığa çıxdı

Yarım tondan çox heroinə görə tutulmuşdu, azadlığa çıxdı
Yarım tondan çox heroinin dövriyyəsində təqsirləndirilən Nəsrulla Abbasov azadlığa buraxılıb.

Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin istintaq orqanının N.Abbasovun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatı Yasamal rayon məhkəməsinin hakimi Hüseyin Səfərov təmin etməyib və N.Abbasov azadlığa çıxıb. Bu gün isə DGK-nin həmin qərardan verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim İlqar Murquzov həmkarının qərarını qüvvədə saxlayıb. 

A.Qasımlı bildirib ki, N.Abbasov sadəcə İrandan Polşaya göndərilən iki şirkət arasındakı daşınmaya sürücülük edib: "TIR Astara rayonunda yerləşən gömrük keçid məntəqəsində yoxlanılarkən yüklərin arasından heroin aşkar olunub. Yükdaşımalarla bağlı beynəlxalq konvensiyaya görə sürücülər yükə müdaxilə edə bilməz, çünki bütün mallar möhürlənərək yola salınır. Yükü göndərən və qəbul edən şirkətlər də bəllidir”.

Qeyd edək ki, "AZFEM” MMC-nin işçisi, sürücüsü Nəsrulla Abbasovun idarə etdiyi və şirkətə məxsus olan "MAN” markalı 90 JP 737 10 ZH 098 dövlət qeydiyyat nişanlı avtomobilə rentgen aparatı vasitəsilə baxış keçirilib. Bu zaman yük maşınındakı malların içərisindən 500 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 500 kiloqram 635 qram heroin tapılıb. Bağlamalar "AZARAKSHS” yazısı olan qutuda yerləşdirilib və "odadavamlı löhvəciklər” yükü ilə birgə malın içərisinə yığılıb."Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...