Yaraşıqlı aktyor 6 milyona villa aldı

Yaraşıqlı aktyor 6 milyona villa aldı
Məşhur aktyor Çağatay Ulusoy qazandığı pulları daşınmaz əmlaka yatırıb.

Sfera.az xəbər verir ki, aktyor Çeşmədə sərmayə məqsədi ilə villa alıb. Ulusoy yeni aldığı ev üçün 6 milyon lirə ödəyib. Aktyor dörd mərtəbəli villanı tam təmir etdirdikdən sonra satışa çıxaracaq. 

Qeyd edək ki, Çağatay Ulusoy bir müddət öncə Kemerburqazda yaşayan həmkarı və dostu Kıvanç Tatlıtuğla qonşu olmaq üçün həmin ərazidən villa almışdı. 

Jalə Mehdi
Sfera.az






OXŞAR XƏBƏRLƏR