No Image
No Image

Yararsız qurban ətini qaziyə Yasamal bələdiyyəsi göndəribmiş - SƏS YAZISI

Yararsız qurban ətini qaziyə Yasamal bələdiyyəsi göndəribmiş - SƏS YAZISI
İki gündür sosial şəbəkələrdə Milli Məclisin deputatı Ülvi Quliyevin Qarabağ qazisi Namir Həsənova yararsız qurban əti göndərməsi barədə xəbər yayılıb.

Unikal.org məsələnin əslində necə baş verdiyini araşdırıb. Bu barədə açıqlama verən qazi Namir Həsənov deyib ki, qurban payı Yasamal bələdiyyəsinin loqosu olan paketdə olub:
 
"Mənə yaşadığım ərazidən zəng olundu ki, sizə çatacaq qurban payı var. Gedib götürdüm. Evdə baxanda gördük ki, ət iylənib. Bu səbəbdən də  MİS-ə zəng elədim ki, bu yararsız əti kim veribsə, gəlin aparın. Orda çalışan bir xanım dedi ki, Ülvi adında bir deputatın payıdır. Amma sonradan məlum oldu ki, bu məsələnin deputat Ülvi Quliyevlə əlaqəsi yoxdur. Çünki əti MİS-ə Yasamal bələdiyyəsi verib, həmin pay bələdiyyənin logosu olan paketdə təqdim olunub. Sadəcə, həmin xanım səhvən Ülvi Quliyevin adını çəkib".

Yasamal MİS-nin sözügedən xanım əməkdaşı qaziyə zəng edərək Ülvi Quliyevin adını yanlışlıqla çəkdiyini etiraf edib.

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

Bir müddət əvvəl qonşu ölkələrlə yanaşı Azərbaycanda da "Delta” ştammı aşkarlandı. Virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha ölümcül olan bu ...

Bölmələrimiz havaya heç bir PUA qaldırılmayıb - NAZİRLİKDƏN CAVAB

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tətəfin növbəti dezinformasi...

Düşmən postu məhv edildi, erməni tərəfdə ölən və yaralananlar var

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sər...

Vüqar Səfərlinin məhkəmə zalından GÖRÜNTÜLƏRİ - VİDEO

Lent.az Vüqar Səfərlinin məhkəmə zalından eksklüziv görüntülərini əldə edib.   Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnki...

Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... - DOSYE

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev müdafiə nazirinin müavini kimi ictimaiyyətə tanışdır. Lakin onun keçdiyi hərb yolu...

Prezidentdən 3 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev "Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sfera...