Yaralanıb 10 gün sonra döyüşə gedən komandir - VİDEO

Yaralanıb 10 gün sonra döyüşə gedən komandir - VİDEO
 İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb. Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.

Sfera.az xezerxeber.az-a istinadən xəbər verir ki, Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın azad olunmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.

Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü isə yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...